Körpələr evi-uşaq bağçasında son tamamlama işləri aparılır
01 iyun 2013 | 15:00
Naftalan şəhərində 0,92 ha torpaq sahəsində inşa edilən 2 mərtəbədən ibarət 280 yerlik körpələr evi-uşaq bağçasının təməli 2011-ci ilin axırında qoyulmuşdur. Körpələr evi-uşaq bağçasının tikinti altı sahəsi 1933 kvm təşkil edir. Bağçanın bütün otaqları müasir avadanlıqlarla, bərk və yumşaq inventarla təchiz olunacaq və həyətyanı sahədə uşaqlar üçün istirahət guşələri salınacaq.
Hazırda suvaq və rəngkarlıq işlərinin aparıldığı körpələr evi-uşaq bağçası cari ilin payız aylarında istifadəyə verilməsi nəzərdə tutulub.