Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa SPA Assosiasiyasının nümayəndəsi Naftalanda

13 dekabr 2017 | 16:00

 Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin müvafiq bəndinin icrası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Avropa Spa Assosiasiyasının (ESPA) əməkdaşlığı çərçivəsində Naftalan neftinin müalicə əhəmiyyətini təsdiq edən sertifikatın alınması məqsədilə təşkilatın mütəxəssisi Teodor Stofira Azərbaycanda səfərdədir.
      Naftalan şəhərində Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günel Aslanova, ESPA-nın nümayəndəsi Teodor Stofira, “Çinar Naftalan” və “Qaşaltı Naftalan” otellərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
     Görüşdə G.Aslanova çıxış edərək Yol Xəritəsində qarşıya qoyulan tapşırıqlar, ESPA nümayəndəsinin ölkəmizə səfəri, Naftalan neftinin müalicəvi əhəmiyyətinin Avropa ölkələrində tanıdılması məqsədilə təşviqat işlərinin aparılması, müalicəvi neftdən müxtəlif məhsulların hazırlanmasının vacibliyini qeyd edib.
     Qonaq Teodor Stofira Azərbaycanın sağlamlıq turizminin inkişafı məqsədilə ölkəmizdə olmasından məmnunluğunu ifadə edib. O, ESPA təşkilatına üzv ölkələr və müalicə-sağlamlıq mərkəzləri haqqında geniş məlumat verib və onlar tərəfindən sertifikatın verilməsi üçün tələb olunan standartları təqdim edib.
     Çıxışında qeyd edilib ki, Naftalanda olduğu müddətdə hər iki oteldə aparacağı təhlillər nəticəsində təşkilatın yekun qərarı açıqlanacaq.
     Sonra “Çinar Naftalan” və “Qaşaltı Naftalan” otellərinin nümayəndələri həm Naftalan neftinin, həm də qeyd olunan otellərin Avropada tanıdılması baxımından olduqca vacib və əhəmiyyətli layihənin həyata keçirilməsində dəstəyə görə təşəkkürlərini bildiriblər.

Keçidlər