Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərdə “Hamılıqla narkomaniyaya yox deyək!” mövzusunda tədbirlər keçirilib

14 dekabr 2017 | 16:00

14 dekabr 2017-сi il tarixdə şəhərin tam orta məktəblərində “Hamılıqla narkomaniyaya yox deyək!” mövzusunda silsilə tədbirlər keçirilib. Tərbirdə şəhər Polis şöbəsinin əməkdaşları, şəhər İcra Hakimiyyəti aparatının nümayəndələri, məktəblərin yuxarı sinif şagirdləri və müəllim kollektivləri iştirak ediblər.
      Tədbiri keçirməkdə əsas məqsəd narkomaniyanın insan həyatı üçün nə dərəcədə təhlükəli olduğunu geniş insan kütləsinə çatdırmaq və gəncləri bu təhlükəli yola düşməkdən çəkindirmək, gənc nəsli sağlam həyat tərzi keçirməkdə maarifləndirməkdən ibarət olub.
      Tədbirdə  çıxış edən Naftalan şəhər Polis şöbəsinin rəisi polis polkovnik-leytenantı  Ziya Əliyev bəşəriyyəti məhvə sürükləyən narkomaniyanın törətdiyi ağır fəsadlardan, onun cinayətlərə yol açmasından danışıb, yeniyetmə və gənclərin belə hallardan uzaqlaşdırılması sahəsində hər kəsin üzərinə düşən məsuliyyəti xatırladıb.
      Tədbirdə Naftalan şəhər Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Vasif Quliyev narkomaniyanın fəsadları barədə ətraflı çıxış edərək şagirdlərə dəyərli məsləhətlər verib.
       Sonda polis əməkdaşları tədbir iştirakçılarının təkliflərini dinləmiş, müəllim və şagirdləri maraqlandıran suallara cavab vermişlər.

Keçidlər