Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Ümummilli Liderin anım günü qeyd olundu

12 dekabr 2017 | 16:00

 12 dekabr 2017-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü  ildönümü ilə əlaqədar Naftalan şəhərində ümumşəhər tədbiri keçirilib. Şəhər sakinləri və ictimaiyyət nümayəndələri öncə dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
      Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb və onun Azərbaycan xalqının səadəti yolunda etdiyi fədəkarlıqlar  bir daha xatırlanıb.
     Daha sonra  şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on dörd il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.    
      Tədbir  məktəblilərin ifasında “ Həmişəyaşar dahi ” adlı kompozisiya ilə davam etmişdir.

Keçidlər