Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərdə "Son zəng" çalındı

01 iyun 2013 | 15:00

Mayın 31-də respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərinin ümumtəhsil məktəblərində də sonuncu zəng çalındı. Məktəblərin "Son zəng" mərasiminə şəhər İcra Hakimiyyətinin və Təhsil şöbəsinin məsul işçiləri də qatılıblar. Mərasim Dövlət himninin səsləndirilməsiylə başlayıb.
    Azərbaycan Respublikası Təhsil Nazirliyinin  qərarına əsasən məzun günü ilə bağlı təşkil olunan tədbirlər məktəb daxilində keçirilib və mərasimlərdə vətənpərvərliyə, dövlətçiliyə həsr olunan şeirlər səsləndirilib. Tədbirdə iştirak edən Təhsil şöbəsinin işçilərinin, qabaqcıl müəllimlərin, valideynlərin, əlaçı şagirdlərin çıxışları dinlənilib.
     Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Keçidlər