Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

06 dekabr 2017 | 16:00

06 dekabr 2017-ci il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə “Heydər dühası”  mövzusunda tədbir keçirilib.
   Tədbiri məktəbin direktoru Faiq Rüstəmov açaraq Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
        Sonra məktəbin tarix müəllimi Kübra Məmmədova çıxış edərək qeyd etdi ki,Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz xidmətləri olmuşdur. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət Heydər Əliyevin adının ölkəmizin tarixinə əbədi həkk edildiyi, Ümummilli Liderin xatirəsinin xalqımız tərəfindən həmişə dərin ehtiramla yad olunduğu diqqətə çatdırıb. Qeyd etdi ki, bu gün  Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu tarixi inkişaf yolunu layiqincə davam etdirir.
        Sonda məktəbin şagirdləri Ulu Öndər haqqında hazırladıqları kompozisiya ilə çıxış ediblər.

Keçidlər