Şriftin ölçüsü :

Saytın rəngi :

“Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu Heydər Əliyev” və “İlham Əliyev Heydər Əliyev siyasi kursunun davamçısıdır” mövzularında tədbir keçirilib.

22 noyabr 2017 | 16:00


   22 noyabr  2017-ci il tarixdə Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu Heydər Əliyev”  və  “İlham Əliyev Heydər Əliyev siyasi kursunun davamçısıdır” mövzularında tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası  Prezidenti Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyev, Şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil şöbəsinin nümayəndələri, məktəb direktorları, müəllimlər və şəhərin tam orta məktəblərinin yuxarı sinif şagirdləri  iştirak ediblər.
   Tədbirdə Azərbaycan Respublikası  Prezidenti Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyev “Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu Heydər Əliyev” mövzusunda çıxış edərək qeyd edib ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
   Daha sonra Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Sədrəddin Muradov  “İlham Əliyev Heydər Əliyev siyasi kursunun davamçısıdır” mövzusunda  çıxış edib.
         Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
 

Keçidlər