Naftalanda qış mövsümünə keçidlə əlaqədar əhali istiliklə təmin olunur.
Qış mövsümündə idarə, müəssisə və təşkilatların fasiləsiz fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri də inzibati və ictimai yaşayış binalarının istiliklə təmin edilməsidir.
Bu səbəblə Naftalan şəhərində payız-qış mövsümünə hazırlıq işlərinə yay aylarından başlanılmış və bununla əlaqədar Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən tədbirlər planı təsdiq edilmiş, konkret vəzifələr müəyyənləşdirilərək icra edilmişdir.
Naftalan İstilik İstismarı sahəsinin balansında olan bütün qazanxanalarda cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilmişdir. Eyni zamanda noyabr ayının əvvəlindən evlərə baxış keçirilmiş, hidravlik təzyiqlə xətlər yoxlanılmışdır.
Hazırda mərkəzləşdirilmiş qazanxanalar tam gücü ilə işləyir və əhali, məktəblər, körpələr evi-uşaq bağçası fasiləsiz olaraq istilik enerjisi ilə təmin olunur.
Qeyd edək ki, qış mövsümündə şəhər əhalisinin rahatçılığını təmin etmək məqsədi ilə 2011-ci ildə üç modul tipli qazanxana binası tikilmiş,hər biri müasir tipli avadanlıqlarla təchiz edilmiş və şəhərdaxili və binadaxili 25788 p/m uzunluğunda yeni istilik xətti çəkilmişdir.
Hazırda 3 qazanxana vasitəsilə 31 çoxmənzilli yaşayış binasının 1470 mənzili fasiləsiz olaraq istiliklə təmin olunur.
Havaların soyuq keçməsinə baxmayaraq, qış mövsümündə Naftalan şəhərinin istiliklə təminatında heç bir problem yoxdur.