Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naftalan məktəblilərinin yolasalınma mərasimi keçirilib.

11 noyabr 2017 | 16:00

 11 noyabr 2017-ci il tarixdə Naftalan şəhərinin ümumtəhsil məktəblərinin 9-11-ci sinif  şagirdlərinin “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz marşrutu üzrə yolasalınma mərasimi keçirilib.
   Yolasalma mərasimində şəhər İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, valideynlər  və şagirdlər iştirak ediblər. Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov çıxış edərək cənab Prezident İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən bu tur-aksiyaların  ənənəvi hal almasını qeyd etdi. Layihənin əsas məqsədinin  şagirdlərimizi  ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək olduğunu diqqətə çatdırdı. Cənab Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı  barədə məlumat verdi,şagirdlərə  maraqlı və xoş səyahət arzuladı. Çıxışçılar və valideyinlər bir daha məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.
     Sonra tədbir  iştirakçıları və məktəblilər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoydular.Daha sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla yola düşdülər.
     Qeyd edək ki, şagirdlər tur-aksiya 11-14 noyabr 2017-ci il tarixlərində Quba, Qusar və Xaçmaz marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edəcəklər. İştirakçılar Quba rayonunda Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, Quba xalçaçılıq emalatxanası, Tağlı Körpü, qolf meydançası ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” qış-yay turizm kompleksinə, Xaçmaz rayonunda isə Xalça muzeyinə, Dövlət Rəsm Qalereyasına, Şəxsiyyətlər muzeyinə və Çənlibel parkına ekskursiya edəcəklər.

Keçidlər