Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirildi

01 iyun 2013 | 15:00

31 may 2013-cü il tarixdə Naftalan şəhər İcra Hakimiyyətində  Qarabağ müharibəsi veteranları və  əlilləri ilə görüş keçirilib. Görüş şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun və İcra Hakimiyyəti aparatının məsul şəxslərinin iştirakı ilə keçirilib.
    Görüşü giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərinin tapşırığı ilə görülən işlərdən danışıb, həyata keçirilən layihələri diqqətə çatdırıb. Eyni zamanda bildirildi ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Naftalan şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün şəhərdə yeni “Xatirə kompleksi” tikilmiş və  şəhərdə  Qarabağ müharibəsi əlillərindən 2 nəfəri evlə,  5 nəfəri isə  minik avtomobili ilə təmin olunmuşdur. Görülən bütün bu işlərin dövlətin müharibədə sağlamlığını itirən insanlara xüsusi diqqətindən irəli gəldiyi vurğulanıb.
     Tədbirdə sözügedən kateqoriyadan olan insanların üzləşdiyi problemləri, arzu və təklifləri dinlənilib, qaldırılmış məsələlərin bir çoxu yerindəcə həll edilib, bəzilərinin həlli üçün isə aidiyyəti üzrə tapşırıqlar verilib. Həmçinin işsizliyinin problem olduğunu qeyd edilərək onların və övladların münasib işlə təmin olunmaları üçün onlara iş yerləri də təklif olunub.
Sonda  Qarabağ müharibəsi əlilləri və veteranları onlara diqqət və qayğı göstərən dövlətimizin başçısına minnətdarlıq etdilər.

Keçidlər