Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda qanvermə aksiyası keçirilib

25 oktyabr 2017 | 16:00

   25 oktyabr  2017-cı il  tarixdə  Naftalan şəhər Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının təşəbbüsü ilə  qanvermə aksiyası keçirilib. Aksiyaya şəhərin  idarə, müəssisə və təşkilatlarının kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də şəhər sakinləri qoşulublar.
     Qanvermə aksiyasına səhər saatlarından start verilib. Qanvermə zamanı ilk növbədə donorların sağlamlıq durumu yoxlanılıb.
    Qan vermək üçün müraciət edənlərin 56 nəfərindən qan götürülmüşdür.

Keçidlər