Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə tanış olub.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov 2017-2018-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar şəhər təsərrüfatında görülmuş işlərə baxış keçirib. Şəhər rəhbərinə məlumat verildiki, İstilik İstismarı sahəsinin balansında olan 3 qazanxananın hər birində cari profilaktiki təmir işləri aparılmış, qazanlar, çirktutanlar, çənlər açılaraq yuyulub təmizlənmiş, 46/7 nömrəli qazanxanada elektrik şitində olan elektrik ayırıcı yenilənmiş və qazanxanalar qışa hazır vəziyyətə gətirilmişdir. Şəhər Elektrik şəbəkəsi tərəfindən 10/0.4 kv-luq 15 müxtəlif gücdə olan transformator məntəqəsində əsaslı və cari təmir işləri görülmüş, yağının səviyyəsi aşağı olan transformatorlara yağ əlavə edilmişdir, dəyişdirilməsi tələb olunan avadanlıqlar yenilənmişdir.
Hazırda çoxmənzilli yaşayış binalarının dam örtüklərində zəruri tədbirlər həyata keçirilir, sıradan çıxmış yağış suları axıdılan navalçalar yenilənir. Bunun üçün xüsusi qaldırıcı texnika cəlb olunmuşdur. Həmçinin şəhərdaxili yağış su barmaqlıqları təmizlənmiş və piyadalar üçün mövcud səkilər təmir edilmişdir. Bundan başqa sakinlərin müraciətlərini nəzərə alaraq çoxmənzilli yaşayış binalarının qarşısına sürəttənzimləyici tranpilinlərin vurulması işləri davam etdirilir.
Natiq Aslanov payız-qış mövsümünə hazırlıqla bağlı şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, eləcə də xidmət təşkilatlarının qarşısında mühüm vəzifələr durduğunu bildirərək, qış mövsümünə tam hazırlıq üçün müvafiq tədbirlər görülməsinin zəruriliyini onların diqqətinə çatdırdı. Sonda Şəhər icra Hakimiyyətinin başçısı şəhərin tam orta məktəblərinin də istiliklə təminatındakı problemlərin aradan qaldırılması üçün konkret tapşırıqlar verdi. Həmçinin qeyd etdi ki, bütün işlər yüksək səviyyədə təmin edilməli və sakinlərin qış fəslində rahatlığı təmin edilməlidır.