Naftalananda məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.
28 sentyabr 2017-ci il tarixdə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında “Synergy” Fondunun təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərdlərindən ibarət 7 komandanın iştirakı ilə “Nə? Harada? Nə zaman?” intelektual yarışması keçirilib. Olduqca gərgin və maraqlı keçən bilik yarışında Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin “Xəmsə” komandası I yeri, Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin “Qarabağ” komandası II yeri tutaraq Şəmkir rayonunda keçiriləcək final yarışına vəsiqə qazanıblar.Şagirdlərimizi təbrik edir və final yarışında uğurlar arzulayırıq.
Tədbirin sonunda yarışda iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olundu.