Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Əmək yarmarkası” təşkil olunub

20 sentyabr 2017 | 16:00

     20 sentyabr  2017-ci il tarixdə  Naftalan şəhər ƏSMM-nin inzibati binasında  şəhər İcra Hakimiyyətinin və şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə  iş axtaran şəhər sakinlərinin müvafiq  iş yeri tapmaq və ya ictimai ödənişli işlə təmin olunma imkanı əldə etmələri məqsədilə  “Əmək yarmarkası” keçirilib.
      Yarmarkada 5-i dövlət, 4-ü isə qeyri-dövlət olmaqla şəhərdə fəaliyyət göstərən 9 idarə və təşkilatdan 104 boş iş yeri təqdim olunmuşdur. 140 nəfər işaxtaran şəhər sakini iştirak etmiş, onlardan 28 nəfərə daimi işlə təmin olunmaları üçün göndəriş verilmişdir.
       Yarmarkada Dövlət Məşğulluq Xidmətinin məsul işçisi Rəşad Əsgərli də  iştirak edib.

Keçidlər