Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Respublika günü qeyd edildi

28 may 2013 | 15:00

Naftalan  şəhər İcra Hakimiyyətində şəhərin idarə, müəssisə  və təşkilat  rəhbərlərinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı  ilə “28 may-Respublika günü”nə həsr edilmiş tədbir keçirildi.
     Tədbir iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq onun əziz xatirəsini  yad etdilər.
     Tədbiri giriş sözü ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov açaraq qeyd etdi ki,  cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasının ilk parlament respublikası və ilk demokratik hüquqi və dünyəvi dövləti olmuşdur. Belə ki, demokratiya və hüququn bərqərar edilməsində və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların tanınması, bir cox avropa ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, təhsilin, mədəniyyətin inkişafına yer verilməsi, nizami milli ordunun , təhlükəsizlik sturuklarının yaradılması, dövlət rəmzlərinin, atributlarının qəbul edilməsi məhz Demokratik Respublikanın əldə etdiyi nailiyyətlərdəndir. Təəsüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti 2 yaşı tamam olmadan bolşeviklərin hücumuna məruz qaldı və müvəqqəti olaraq sovetlər birliyinin tərkibinə keçdi. Sovetlər imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini əldə etdi. Lakin, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalıq ölkəmiz üçün böyük təhlükə idi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün bu  halların qarşısı alındı, respublikada sabitlik yarandı, inkişaf dövrü başladı, dövlətçiliyimizin əsasları formalaşdırıldı və ümumi inkişaf strategiyası müəyyənləşdirildi. İlk milli Konstitusiya qəbul olundu, Milli Məclisə ilk seçkilər keçirildi, bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.
     Həmçinin tədbirdə şəhər 2 nömrəli tam orta məktəbin tarix muəllimi Sədrəddin Muradov və Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev çıxış etdilər.

Keçidlər