Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “İslam Həmrəyliyi və Sülh Mədəniyyətinin İnsan Hüquqlarının Qorunmasında rolu” mövzusunda tədbir keçirilib

12 sentyabr 2017 | 16:00

Naftalan şəhərində 12 sentyabr 2017-ci il tarixdə Ombudsmanın Gəncə regional mərkəzinin əməkdaşları tərəfindən Naftalan şəhər İcra Hakimiyyəti ilə birgə, fəal gənclərin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşının iştirakı ilə Müvəkkil tərəfindən 21 avqust- 21 sentyabr 2017-ci il tarixlərində elan edilmiş Sülh Aylığı çərçivəsində “İslam Həmrəyliyi və Sülh Mədəniyyətinin İnsan Hüquqlarının Qorunmasında Rolu”  mövzusunda tədbir keçirilmişdir.
    Tədbiri giriş sözü ilə açan Naftalan şəhər İcra Hakimiyyətinin hüquqşunası Şahmar Ədilov Müvəkkil tərəfindən elan edilmiş Sülh Aylığı çərçivəsində keçirilən tədbirlərin ölkəmizdə insan hüquqlarının, sülh mədəniyyətinin təbliği baxımından əhəmiyyətli olduğunu qeyd etmişdir.
    Tədbirdə məruzə ilə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Müvəkkil tərəfindən hər  il elan edilən “İnsan hüquqları Aylığı” və “Uşaq Hüquqları Aylığı” ilə yanaşı 21 avqust 21 sentyabr aylarında ənənəvi olaraq “Sülh Aylığının” da qeyd edildiyini, bu təşəbbüsün əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə keçirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, İslam həmrəyliyinin İslam dünyası, dünya sülhü üçün əhəmiyyətini, eyni zamanda Azərbaycan Respublikasında mövcud multikultural şəraiti, təkcə İslam məzhəbləri arasında deyil digər dinlərin nümayəndələri arasında da tarixən təşəkkül tapmış qarşılıqlı hörmət və həmrəylik münasibətlərinin dünyada islam həmrəyliyi üçün də nümunəvi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dünyadakı müsəlman liderləri arasında İslam həmrəyliyi üçün dövlət səviyyəsində ilk dəfə təşəbbüs göstərilərək, böyük siyasi müdrikliklə 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilmiş, bu barədə 10 yanvar 2017-ci il tarixli Sərəncam imzalanmışdır. Qeyd edilən Sərəncamda göstərildiyi kimi, Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
     Səbuhi Abbasov qeyd etmişdir ki, Azərbaycan müsəlmanlarının qeyri-müsəlman əhaliyə qarşı hörmət və qarşılıqlı anlaşma şəraitində, bərabərhüquqlu yanaşı yaşaması, qanunun aliliyinin təmin edilməsi, hər bir dinin dəyərlərinə hörmət edilməsi, dini məbədlərin, məscid, kilsə, sinaqoqların tikilməsi və fəaliyyətinə şərait yaradılması, qeyri-müsəlman vətəndaşların ölkənin ictimai-siyasi həyatında, dövlət idarəçiliyində təmsil olunması, dini-mədəni müxtəlifliyin, multikulturalizmin ixtilaf məmbəyi kimi deyil, zənginlik və gözəl fürsət kimi qəbul edilməsi, müxtəlif dinlərə məxsus bayramlarda (Pasxa, Qurbanlıq, Roş-Ha-Şana bayramları)  müvafiq dini icmanın və vətəndaşlarımızın ölkə başçısı tərəfindən təbrik edilməsi, dini icma rəhbərlərinin dövlət səviyyəsində təltif edilməsi, dünyada baş verən terror hadisələrinin pislənilməsi, terrordan əziyyət çəkən dövlətlərə dəstəyin ifadə edilməsi, terrorun vətəninin və dininin olmamasının bəyan edilməsi, digər dinlərə məxsus tarixi mədəni və dini abidələrin ölkə daxili və xaricində bərpasına dövlət səviyyəsində dəstək verilməsi, dini icmaların inkişafına dövlətin maliyyə və digər dəstəyinin verilməsi, mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş mühüm beynəlxalq tədbirlərin, humanitar forumların mütəmadi keçirilməsi, multikulturalizmin elmi əsaslarla öyrənilməsinə və təbliğinə ən yüksək səviyyədə dövlət qayğısının götərilməsi və.s. Azərbaycanda həyata keçirilən həmrəylik siyasətinin səciyyəvi hissələrindəndir və bu insan hüquqlarına qayğını da özündə ehtiva edir.
      Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Verdiyev Şahmar Azərbaycan Respublikasında din-dövlət münasibətlərinin təşkili sahəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçidiyi işlər, əldə edilmiş nəaliyyətlər haqqında ətraflı məlumat vermiş, İslam dininin sülh və insanpərvərliklə bağlı prinsiplərinin terrorizm və dini ektremizmi qəbul etmədiyini bildirərək cəmiyyətdə sağlam dini maarifləndirmənin əhəmiyyətini diqqətə çatdırmışdır.

 

Keçidlər