Bu gün Dövlət İdarələri və İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Naftalan şəhər Komitəsi tərəfindən komitənin az təminatlı üzvlərinə Qurban bayramı münasibəti ilə bayram payı verilmişdir.
Tədbirdə çıxış edən Dövlət İdarələri və İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Naftalan şəhər Komitəsinin sədri Samir Qocayev komitə üzvülərini Qurban bayramı münasibətilə təbrik etdi. O qeyd etdi ki,xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir.
Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səslənir. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.