Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir

28 may 2013 | 15:00

Məlumat üçün bildiririk ki, 06 mart 2013-cü il tarixdə Naftalan şəhərinin su təchizatı sistemlərinin bir hissəsinin və kanalizasiya şəbəkəsinin yenidən qurulması üzrə tikinti işlərinə başlanılmışdır.  Eyni zamanda mövcud Su anbarının ərazisində hər birinin ümumi həcmi 3000m3 olan 2 ədəd Su anbarının tikilməsi nəzərdə tutulmuşdur. Bunlarla yanaşı Mexaniki avadanlıqlar otağı, Xlorlama binası, gözətçi otağı və  Sukanal idarəsi üçün yeni inzibati binanın da  tikintisi nəzərdə tutulmuşdur.
     Hazırda Su anbarlarının tikilməsi üçün yerlər müəyyənləşdirilmiş, ərazi təmizlənmiş, qazıntı işləri tamamlanmış və anbarların inşası üçün hazır vəziyyətə gətirilmişdir.
     Həmçinin ümumi uzunluğu 33 km-ə yaxın olan kanalizasiya şəbəkəsinin və ümumi uzunluğu 6 km-ə çatan içməli su xəttinin tikintisinə də başlanılıb. Diametrləri 150 mm, 200 mm, 400 mm, 600 mm və 800 mm olan kanalizasiya xəttlərində işlər davam etdirilir.
     Çirkab suların daşınması üçün nəzərdə tutulan diametri 600 mm və 800 mm kanalizasiya boru xəttlərinin yenidən qurulması işləri artıq yarıya çatdırılmışdır.
     Başlanğıcını Goranboy rayonunun Ballıqaya su xəttindən götürən və Su anbarlarına qədər diametri 315 mm, uzunluğu 6 km olan içməli su xəttində də 50% kimi işlər tamamlanmış və su xəttinin üzərində tikilməsi nəzərdə tutulan siyirtmə otaqlarının tikintisinə başlanmışdır. Hazırda su xəttində tikinti-quraşdırma işləri davam etdirilir.
     Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin  başa çatdırılması2013-cü ilin sonuna nəzərədə tutulub.

Keçidlər