Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib.

20 iyul 2017 | 16:00

Naftalan şəhər Heydər Əliyev mərkəzində “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.

İyulun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naftalan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naftalan şəhər Heydər Əliyev mərkəzində “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif əliyev, Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri-dini qurumlarla işin təşkilatçısı Habil Abdullayev, Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi- İctimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri-dini qurumlarla işin təşkilatçısı Habil Abdullayev mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov radikal dini cərəyanların yaranması, təbliğat metodları və onlara qarşı mübarizənin teoloji, psixoloji və hüquqi əsasları haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.
  Daha sonra çıxış edən Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə dini radikalizmin fəsadları və qarşısının alınması yollarından danışaraq İslam dininin düzgün formada gənclərə çatdırılmasının vacibliyindən bəhs edib.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər