İlin birinci yarısında Naftalanda 60-dək ölkədən 4 mindən çox turist dincəlib
18 iyul 2017 | 16:00
Bu ilin birinci yarısında Naftalana şəfa tapmaq və istirahət etmək məqsədilə gələn yerli və xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çox olub.
2017-ci ilin altı ayı ərzində şəhərdəki turizm və sanatoriya mərkəzlərində 9,5 min turist istirahət edib.
İstirahət edənlərin 4012 nəfəri 60-a yaxın xarici ölkədən gələn turistlər olub. Xarici turistlərin sayındakı artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz çoxdur.