Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin yeni binasında son tamamlama işləri aparılır.

24 may 2013 | 15:00

Naftalan şəhərinin Heydər Əliyev parkında 0,14 ha  ərazidə inşa edilən Heydər Əliyev Mərkəzinin təməli 2012-ci ildə qoyulmuşdur.
   Mərkəz iki mərtəbədən ibarət olmaqla,  tikinti altı sahəsi 722 kvm təşkil edir. Mərkəzin I mərtəbəsində Hеydər Əliyеv irsinin хаlqа çаtdırılmаsı,  mаrаqlı tədbirlərin həyаtа кеçirilməsi üçün 80 nəfərlik toplantı zalı, Muzey və iki personal otağı, II mərtəbədə isə elektron kitabxana, internet otağı, rəsm qalereyası və kiçik konfrans zalı olacaq.
    Parkın mərkəzində yerləşən  binanın dam örtüyünün quraşdırılması başa çatıb.  Hazırda suvaq və rəngkarlıq işlərinin aparıldığı mərkəz cari ilin payız aylarında istifadəyə verilməsi nəzərdə tutulub.

Keçidlər