Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “2 iyul Polis işçilərinin peşə bayramı günü” qeyd edilib.

03 iyul 2017 | 16:00

  Naftalanda “2 iyul Polis işçilərinin peşə bayramı” günü münasibətilə tədbir keçirilib. Naftalan şəhərində “2 iyul Polis işçilərinin peşə bayramı” günü münasibətilə tədbir keçirilib.  Tədbir iştirakçıları öncə ulu  öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzərək ona hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra  vətən uğrunda canlarından keçən şəhidlərin  xatirəsinə ucaldımış “Xatirə Komleksi” ziyarət edilib.
      Naftalan Şəhər İcra Hakimiyyətini başçısı Natiq Aslanov çıxış edərək şəxsi heyəti bayram münasibətilə təbrik edərək bildirib ki, hazırda ölkəmizi böyük uğurlara və davamlı tərəqiyyə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. Diqətə çatdırılıb ki, 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
     Şəhər Polis şöbəsində  davam etdirilən tədbirdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ziya Əliyev qeyd edib ki, son vaxtlar ölkəmizdə, o cümlədən Naftalanda da cinayətkarlığa qarşı mübarizə işi gücləndirilib. Rəis bildirib ki, Şəhər Polis şöbəsi üçün yeni inzibati binanın istifadəyə verilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin polis işçilərinə olan diqqət və qayğısının bariz nümunəsidir.
     Sonda veteran polislərlərlə görüş keçirilib, xidmətində fərqlənən bir qrup polis əməkdaşına Daxili İşlər Nazirliyinin və şəhər Polis şöbəsinin rəhbərliyi tərəfindən yeni rutbələr təqdim edilib.

 

Keçidlər