Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda miqrasiya qanunvericiliyi barədə maarifləndirilmə tədbiri keçirib.

30 iyun 2017 | 16:00

Dövlət Miqrasiya Xidməti Gəncə regional miqrasiya idarəsi Naftalanda maarifləndirilmə tədbiri keçirib.

30 iyun 2017-ci il tarixdə Dövlət Miqrasiya Xidməti Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan rayon və şəhərlərdə əhalinin miqrasiya qanunvericiliyi barədə maarifləndirilməsi məqsədilə Naftalan şəhərində maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə yerli sahibkarlıq subyektlərinin, otel və pansionat nümayəndələrinin, aidiyyəti dövlət qurumlarının, təhsil, səhiyyə işçilərinin, yerli icra və bələdiyyə nümayəndələri iştirak etmişdir. Tədbirdə “Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər və miqrasiya qanunvericiliyində baş vermiş son dəyişikliklər”, “Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər (olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi), həmçinin şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin araşdırılması, vətəndaşlığa qəbul, bərpa və xitam” mövzusunda məruzələr dəqdim olunmuşdur.
Tədbirdə turizm sektorunun son illər surətlə inkişaf etdiyi xüsusi vurğulanmış, Naftalan şəhərində turizmin inkişafı ilə əlaqədar bura çoxsaylı əcnəbilərin gəlməsi və onların miqrasiya qanunvericiliyinin tələblərinə riayət etməklə qeydiyyata alınmasının zəruriliyi diqqətə çatdırılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər