Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda kross qaçış üzrə yarış keçirilib.

24 iyun 2017 | 16:00

Naftalanda 26 iyun - “Silahlı Qüvvələr günü” münasibəti ilə kross qaçış üzrə yarış keçirilib.
24 iyun 2017-ci il tarixdə Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 26 iyun - “Silahlı Qüvvələr günü”nə həsr olunmuş “Biz sağlam həyat tərzini seçirik” devizi altında 3000 metr məsafəyə kros-qaçış üzrə yarış keçirilib. Ümumilikdə 70 nəfər idmançının qatıldığı yarışa vətən uğrunda həlak olanların adlarına ucaldılmış şəhər Xatirə Kompleksindən start verilib.
Sonda qaliblər Naftalan şəhər Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar. Yarışda I yeri İbrahimli Kənan Hikmət oğlu, II yeri  Adıgözəlov Raul Şahin oğlu, III yeri isə Həsənov Elmir Teyyub oğlu tutmuşdur.

Keçidlər