Ramazan bayramı münasibətilə şəhər sakinlərinə təbrik!
Naftalan şəhər İcra Hakimiyyəti başçısı Natiq Aslanov Ramazan bayramı münasibətilə şəhər sakinlərinə təbrik ünvanlayıb.
Əziz Naftalan şəhər sakinləri və şəhərimizin qonaqları!
Sizi dünya müsəlmanlarının böyük təntənə ilə qeyd etdiyi, insanlarda vəhdət və humanizm duyğularını gücləndirən mübarək Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.
Bu gün əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanda müxtəlif milli və dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Sizi bir daha bu əziz gün münasibətilə təbrik edir, dövlətimiz və millətimiz üçün xoşbəxtlik, firavanlıq diləyirəm. Uca Tanrı hər kəsin ibadətini, istəyini və dualarını qəbul etsin!
Müqəddəs Ramazan Bayramınız Mübarək!
Ən xoş arzularla,
Natiq Aslanov,
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı