Naftalana gələn turistlərin sayı ildən-ilə artır.
Bu gün Naftalan şəhəri həm müalicəvi nefti ilə xəstələrin müalicəsində daha effektiv nəticələr əldə olunmasına, həm də istirahət üçün burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevrilmişdir.
Naftalana gələn turistlərin sayında 2017-ci ilin beş ayında ötən ilin müavfiq dövrünə nisbətdə 22,6 % artım qeydə alınmışdır. Belə ki, Naftalana müalicə və istirahət məqsədi ilə 2016-cı ilin beş ayında 6192 turist, 2017-ci ilin beş ayında isə 8000 turist gəlmişdir.
Xarici turistlərin sayı isə qeyd olunan dövrdə 2 dəfə artaraq 3600 nəfər olmuşdur. Onların sıralarında Rusiya, Qazaxıstan və digər MDB ölkələrindən olan turistlər çoxluq təşkil edir. Məlumat üçün bildirək ki, ötən ilin beş ayında qeydə alınan xarici ölkə vətəndaşlarının sayı 1731 olmuşdur.
Qarşıdan gələn bayram günlərində də çox sayda turistin gələcəyi gözlənilir. Artıq bir neçə oteldə turistlər nömrələrini sifariş verib