Məktəblərdə "Son zəng" çalındı
Şəhərin bütün ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün son zəng çalınıb.
14 iyun 2017-ci il tarixdə Naftalan şəhərinin ümumtəhsil məktəblərində sonuncu zəng çalınıb. Məktəblərin "Son zəng" mərasiminə şəhər İcra Hakimiyyətinin və Təhsil şöbəsinin məsul işçiləri də qatılıb. Mərasim Dövlət himninin səsləndirilməsiylə başlayıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına əsasən məzun günü ilə bağlı təşkil olunan tədbirlər məktəb daxilində keçirilib və mərasimlərdə vətənpərvərliyə, dövlətçiliyə həsr olunan şeirlər səsləndirilib. Tədbirdə iştirak edən Təhsil şöbəsinin rəhbərliyinin, qabaqcıl müəllimlərin, valideynlərin, əlaçı şagirdlərin çıxışları dinlənilib.
Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Son zəngin çalınması musiqi sədaları altında səmaya rəngbərəng şarların buraxılması ilə müşayət olunub.