Vaqif Quliyev küçəsində yaşayan sakinlərlə səyyar görüş keçirildi.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov şəhərin Vaqif Quliyev küçəsində yaşayan sakinlərlə növbəti dəfə səyyar görüş keçirdi.
Görüşdə şəhər rəhbəri ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavini, məsul işçilər, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri iştirak edirdi.
Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov ilk öncə 2013-cü il may ayının 20-də saat 1200-dan yağan güclü leysan yağışı və eyni zamanda Goranboy rayonunun dağlıq hissəsindən gələn sel sularından və onun şəhərin küçələrinə və yaşayış evlərinə vurduğu ziyandan danışıb.
Eyni zamanda qeyd olundu ki, gələcəkdə bu cür təbiət hadisələri zamanı ciddi problemlərlə qarşılaşmamaq üçün tərəfimizdən mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmiş və hazırda bu sahədə ciddi tədbirlər görülür.
Sakinlər çıxış edərək kənddə, yaşadıqları evlərdə və həyatyanı sahələrində mövcud olan nöqsan və çatışmazlıqlardan, eləcə də də sel sularının nəticəsində həyətyanı sahələrində yaranmış problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdilər. Şəhər İcra Hakimiyyətinin başçısı hər kəsi diqqət, qayğı və hörmətlə dinlədi. Qaldırılan məsələlərin həllinə yönəldilmiş tapşırıqlar verdi.
Eyni zamanda bəzi məsələlərin həlli məqsədilə kənd sakinlərinə tövsiyələr verildi.