Şriftin ölçüsü :

Saytın rəngi :

Meksika səfiri Naftalanda

12 iyun 2017 | 16:00

İyunun 12-də Azərbaycanın regionları ilə ikitərəfli münasibətlərin inkişafı üçün imkanlar axtarmaq, iqtisadi və mədəni əməkdaşlıq layihələrini müəyyənləşdirmək məqsədilə  Meksika səfiri Rodriqo Labardini Naftalana səfər edib. Səfər çərçivəsində Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovla görüş olub. Görüşdə müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin inkişafı, həmçinin, hər iki ölkənin şəhərlərinin mümkün qardaşlaşması haqqında söhbət aparılıb. İcra başçısı Naftalan kurort şəhəri, onun tarixi, o cümlədən dünyada müalicəvi əhəmiyyətinə görə məşhur olan naftalan nefti barədə məlumat verib.
R.Labardini isə qeyd edib ki, Meksikanın mərkəzi ərazisində yerləşən bir sıra şəhərlər var ki, həmin şəhərlərdə də turizm inkisaf etmiş və onlar profilinə görə Naftalan şəhərinə oxşayır. Buna misal olaraq Querretaro, San Luis Potosi, Tijuananı göstərmək olar. İstərdik ki, gələcəkdə Naftalanla həmin şəhərlər arasında qardaşlıq olsun. Naftalana  gəlməkdə əsas məqsədim də məhz bu şəhərin potensialını öyrənmək və  iki ölkə arasında oxşar cəhətləri tanımaq, əməkdaşlıq imkanlarını dəyərləndirməkdən ibarətdir.
Bundan əlavə, səfir Labardini Naftalan şəhərində fəaliyyət göstərən “Qarabağ SPA and Resort” otel kompleksində olub. Burada naftalan nefti və digər müalicə prosedurları ilə tanış olub. Naftalan şəhərinin potensialına uyğun olaraq turizm sahəsində  əməkdaşlığın perspektivlərindən söz açaraq turizmin xalqlar arasında əlaqələrin möhkəmlənməsinin əsas sahələrdən biri olduğuni bildirib. Görüş zamanı bu sahədə əməkdaşlığın perspektivlərindən danışılıb.

Keçidlər