Naftalanda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.
09 iyun 2017-ci il tarixdə Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalanda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.
İyunun 9-da Naftalan şəhər Heydər Əliyev Mərkəzində “15 İyun Milli Qurtuluş günü”nə həsr olunmuş elmi-praktik konfransın keçirilib.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyev, Rusyada fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Prezidenti Mirkazım Seyidov, şəhər icra hakimiyyətinin və ictimaiyyət nümayəndələri iştirak ediblər. ŞİHB aparatının ictimai-siyasi məsələlər üzrə aparııcısı Afət Mustafayeva qonaqları və iştirakçıları salamlayaraq, qonaqlara belə bir tədbirin Naftalanda keçirilməsinə görə öz təşəkkürünü bildirərək bu tip tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətini vurğuladı.
Digər çıxış edənlər “İlham Əliyev Heydər Əliyev siyasi kursunun davamçısıdır” və “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzularında danışdılar.
Daha sonra məktəblilərin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı kompazisiya səsləndirildi.
Sonda iştirakçılara “Dahi Şəxsiyyət” adlı sənədli film nümayiş olundu.