Naftalanda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı çərçivəsində məlumatlandırıcı tədbir keçirilib.
“Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” və “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında tədbir keçirilib.
07 iyun 2017-ci il tarixdə Naftalan şəhər Heydər Əliyev Mərkəzində ölkədə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə intensiv dolğun və məzmunlu şəkildə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri,şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri və nümayəndələri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri-ağsaqqallar,ziyalılar,gənclər iştirak ediblər.Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilov “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr şöbəsinin müdiri Sərxanbəy Xudiyev “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında çıxış ediblər.
Tədbiri Naftalan şəhər İcra Hakimiyyətində humanitar məsələlər üzrə işin aparıcısı-baş məsləhətçi Afət Mustafayeva açaraq tədbirin əhəmiyyətidən və Naftalan şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun uğurlu əməkdaşlığından danışdı.
Maarifləndirici tədbirdə iştirakçılara dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verilib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışılıb. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsi Azərbaycanda davamlı inkişafın təməlini qoyub və bu gün Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son illərdə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlara imza atıb.Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin çatdırılması üçün Bilik Fondunun apardığı maarifləndirici mühazirələrin əhəmiyyətindən bəhs edilib.
Həmçinin,tədbirdə ölkə başçısının yürütdüyü daxili və xarici siyasətdən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlərin əhəmiyyətindən danışılıb.
Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev çıxış edərək cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində kurort şəhəri Naftalanın günü gündən inkişaf etdiyini vuğuladı. Belə bir tədbirin Naftalanda keçirildiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna şəhər ictimaiyyəti adından öz təşəkkürünü bildirdi.
İnteraktiv formada keçən mühazirələrdə mütəxəssislər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.