Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olunub.

01 iyun 2017 | 16:00

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib.      

1 iyun 2017-ci il tarixdə  “Naftalan Hotel  Qaşaltı”nın əyləncə mərkəzində Naftalan Şəhər İcra Hakimiyyətinin və Naftalan Hotel Qaşaltı”nın birgə təşkilatçılığı ilə  “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirilib.Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri,Naftalan Hotel Qaşaltının rəhbərliyi, Respublika Qızıl Aypara Cəmiyyətinin Goranboy-Naftalan  bölməsinin sədri, şəhər Gənclər İdman İdarəsinin nümayəndələri,şəhərin ümumtəhsil məktəblərinin,V.Namazov adına Körpələr evi-Uşaq bağçasının,şəhər Uşaq Musiqi Məktəbinin kollektivləri iştirak ediblər.
     Tədbirdə  Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndələri-İnformasiya təminatı və təhlil sektorunun müdiri Ülfət Əliyev və ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı-baş məsləhətçi Afət Mustafayeva çıxış edərək tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən öndə vəzifələrindən bir olduğunu, Azərbaycan dövlətinin  də bu mühüm məsələyə qayğı ilə yanaşdığını,Heydər Əliyev Fondunun bu sahədə misilsiz fəaliyyətini qeyd etdilər.
    “Naftalan Hotel  Qaşaltı”nın direktoru Rasim Mirzəyev çıxış edərək uşaqları əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gələcək arzulayıb.
       Sonra Azərbaycan  Qızıl Aypara Cəmiyyətinin   Goranboy- Naftalan    bölməsinin   sədri  Nazim Sadıqov çıxış edərək uşaqları təbrik etdi.Eyni zamanda sağlamlıq imkanları məhdud bir qurup uşağa cəmiyyət tərəfindən maddi yardım göstərildi.
     Tədbirin bədii hissəsində uşaqların nümayiş etdirdikləri rəqslər,şeirlər, mahnılar və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

 

 

Keçidlər