Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin çoxmərtəbəli yaşayış binalarında blokların təmir-bərpa işləri davam etdirilir.

31 may 2017 | 16:00

Son illər kurort  şəhəri Naftalanda turizmlə bərabər bütün infrastrukturun inkişafına diqqət artırılmışdır. Həyata keçirilən  tədbirlər nəticəsində vətəndaşların həm kommunal sahədə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz həllini tapmışdır. Başlanılan təmir-bərpa işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadı və dam örtükləri xüsusi dizaynla əsaslı təmir olunmuş, plastik pəncərlər quraşdırılmış,  girişlərə yeni şifrəli dəmir qapılar qoyulmuş, girişlərin qarşısına dekorativ tamet döşənmişdir. Binadaxili və şəhərdaxili bütün kommunikasiya xətləri yenilənmişdir.
Hazırda çoxmənzilli yaşayış binalarının bloklarında əsaslı təmir işləri aparılır. Girişdən başlayaraq yuxarı mərtəbəyədək divarlar suvanır və rənglənir. Eləcə də pilləkən və məhəccərlərdə də təmir-bərpa işləri aparılır.
Artıq 5 beşmərtəbəli yaşayış binasının blokları əsaslı təmir olunmuşdur.

Keçidlər