Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində veloyürüş keçirilib.

25 may 2017 | 16:00

“28 May-Respublika günü”  münasibətilə Naftalanda veloyürüş keçirilib.
25 may 2017-ci il tarixdə Naftalan şəhərində Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının, Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman idarəsinin, eləcə də Naftala hotel Qaşaltının birgə təşkilatçılığı ilə “28 May-Respublika günü” münasibətilə veloyürüş keçirildi. Veloyürüşdə Azərbaycan Velosiped İdman Federasiyasının baş katibi Fərhad Əliyev və təşkilati məsələlər üzrə menecer Faiq Qurbanov  iştirak etdilər.
Veloyürüşün açılış mərasimində çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd etdi ki, veloyürüşün keçirilməsində əsas məqsəd şəhərdə velosiped idman növünə gənclərin marağının artırılması və inkişaf etdirilməsidir. Veloyürüşün Naftalan şəhərində təşkil edilməsinə görə Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Müxtəlif yaş qruplarından olan 100-dən çox velosipedçinin qatıldığı veloyürüş Naftalan şəhər Heydər Əliyev Meydanından başlayaraq kurort şəhərini əhatə etmişdir.
Veloyürüşdə ən çox fərqlənmiş idmançılara Naftalan şəhər  Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdman Federasiyasının diplomları və hədiyyələri təqdim edildi.

Keçidlər