Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsinin VI konfransı keçirilib.
19 May 2017-ci il tarixdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsinin VI konfransı keçirilib.
19 May 2017-ci il tarixdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsinin VI konfransı keçirilib.Konfransda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul işçisi Şıxali Dadaşov da iştirak etmişdir.
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsinin sədri Samir Qocayev hesabat dövründəki fəaliyyəti haqqında geniş hesabat məruzəsi ilə çıxış edib.
Samir Qocayev qeyd etmişdir ki, şəhər komitəsində 11 nəfər Plenum, 7 nəfər Rəyasət Heyəti və 3 nəfər Təftiş komisiyası fəaliyyət göstərir. Komitənin hesabat dövründə ilin yekunları və qarşıda duran vəzifələr barədə 2 dəfə Plenum və 8 dəfə Rəyasət heyəti iclasları keçirilmişdir. 8 mart Qadınlar bayramı münasibətilə iki dəfə hər biri 55 ədəd olmaqla qadın üzvlərimizə hədiyyə alınıb paylanılmışdır. Novruz bayramı münasibətiylə iki dəfə ittifaq üzvlərinin ailəsində olan azyaşlı uşaqlar üçün Respublika Komitəsi tərəfindən göndərilən ümumilikdə 750 ədəd bayram hədiyyəsi və Şəhər Komitəsi tərəfindən 60 nəfər aztəminatlı üzvlərə bayram sovqatı paylanılmışdır.Yeni il bayramı münasibətilə 1 dəfə 73 nəfər aztəminatlı ailələrə bayram sovqatı və 2 dəfə ittifaq üzvlərinin ailələrində olan azyaşlı uşaqlar üçün ümumilikdə 770 ədəd bayram hədiyyəsi Şəhər Komitəsi tərəfindən alınıb paylanılmışdır. Müqəddəs Qurban bayramı münasibətilə 48 nəfər aztəminatlı üzvlərimizə bayram sovqatı alınaraq paylanılmışdır. Hər il 23 iyun Respublika Komitəsinin yaranması və Dövlət Qulluqçularının Peşə bayramı münasibətiylə fəal üzvlərin yay istirahəti təşkil olunmuşdur. İttifaq üzvlərindən daxil olan 8 nəfərin müraciətlərinə əsasən sanatoriyalarda və istirahət mərkəzlərində yollayışla onların istirahətləri təmin olunmuşdur. Onlardan bir nəfərin əlillik dərəcəsi olduğu üçün yollayışın qismən dəyəri Şəhər Komitəsi tərəfindən ödənilmişdir. İttifaq üzvlərindən yubileyləri olanlardan (50-60-70) 1 nəfər pul mükafatı və Fəxri Fərmanla təltif olunmuşdur.
Hesabat dövründə Şəhər Komitəsinin hesabına daxil olan üzvlük haqları ayırmalar üzrə xərclənmiş və aidiyyatı üzrə köçürülmüşdür.
Sonra konfransda Təftiş Komissiyasının hesabatı dinlənilib və təşkilati məsələlər müzakirəyə çıxarılıb.
Hesabat məruzələrinə dair çıxışlardan sonra yenidən Samir Qocayev Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsinin sədri seçildi.