Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “28 May-Respublika günü” münasibətilə məktəblərarası “Şən Startlar” idman yarışı keçirilib.

18 may 2017 | 16:00

Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May-Respublika günü” münasibətilə məktəblərarası “Şən Startlar” idman yarışı keçirilib.

       Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May-Respublika günü” münasibətilə şəhərin tam orta məktəblərinin V-VI sinif şagirdləri arasında “Şən Startlar” idman yarışı keçirilib.Uşaqların fiziki hazırlıqlarının yüksəldilməsi,dostluq əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil olunmuş yarışda iştirakçılar böyük coşqu və həvəslə iştirak ediblər.
Yarışda I yeri S.Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası, II yeri İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin komandası, III yeri Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu tam orta məktəbin komandası tutmuşlar. Yarışın qalibləri Naftalan şəhər Gənclər və İdman İdarəsinin fəxri fərman və qiymətli hədiyələri ilə mükafatlandırılıb.

Keçidlər