Naftalanda növbəti səyyar görüş keçirilib.
1, 2, 3, 4 və 5 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə səyyari görüş keçirildi.
17 may 2017-ci il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü şəhərin 1, 2, 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib.
Ayrı-ayrı sahələrə dair şəhər sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər şəhər İcra Hakimiyyəti başçısının göstərişi ilə yerində həll edilmiş, bəzi məsələlərin isə həll edilməsi üçün müvafiq tapşırıqlar verilmiş və nəzarətə götürülmüşdür.
Hazırda çoxmənzilli yaşayış binalarının giriş və mərtəbələrində təmir işləri aparılır.
Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov aparılan bu işlərə yerində baxış keçirmiş, iş icraçılarına və digər məsul şəxslərə müvafiq tapşırıqlarını vermişdir.
Sakinlər şəhərimizin gündən-günə gözəlləşməsindən, şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən, eləcə də çoxmənzilli yaşayış binalarının giriş və mərtəbələrində aparılan təmir işlərindən razılıqlarını bildirdirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Sonda Naftalan Bələdiyyəsinin yeni inzibati binasında aparılan tikinti işlərinə baxış keçirilmişdir.