Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhəri ilə Fransanın Leql şəhəri arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə dair sənəd imzalandı

11 may 2013 | 15:00

Fransanın Leql şəhərinin meri Tyeri Pinonun dəvəti ilə Leql və Naftalan  şəhərləri arasında olan münasibətləri daha da inkişaf etdirmək məqsədilə ŞİH başçısının müavini Arzu Məmmədov və şəhər bələdiyyəsinin sədri Mahir Məmmədov 07  may 2013-cü il tarixdə Fransaya səfər etmişlər.
    “Leqlin 4 günü” münasibətilə keçirilən bayram şənliklərində Azərbaycanın Fransadakı Səfiri Elçin Əmirbəyov və Səfirliyin  əməkdaşları da iştirak etmişlər.
     09.05.2013-cü il tarixdə Fransanın Aşağı Normandiya regionunun Orn departamentindəki Leql şəhər bələdiyyə idarəsində keçirilən tədbirdə şəhərlər arasında olan əməkdaşlıq münasibətləri müzakirə edilmişdir.  Leql şəhərinin meri adından verilən rəsmi ziyafətdə Azərbaycan pianoçusu konsert proqramı ilə çıxış etmişdir.
     10.05.2013-cü il tarixdə Naftalan və Leql şəhərlərinin arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə dair sənəd imzalanmışdır. Mərasimdə iştirak edən şəhər meri Tyeri Pino, səfir Elçin Əmirbəyov və Orn departamentindən seçilən senator Natali Qule çıxış edərək qurulan qardaşlıq münasibətlərindən öz  razılıqlarını bildirmiş, əməkdaşlığın  daha da  inkişaf edəcəyini  vurğulayaraq Naftalan  və Leql  şəhəri arasında  sənədin imzalanmasına  şahidlik  etmişlər.
     Eyni zamanda yaradılmış münasibətləri müxtəlif mübadilə proqramları ilə möhkəmləndirməyin vacib olduğunu qeyd edərək bu məqsədlə cari ilin sonuna Leql şəhərinin nümayəndə heyətnin Naftalan şəhərinə səfərinin nəzərdə tutulduğu bildirmişlər.

Keçidlər