Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda yaşıllıqların artırılması davam etdirilir.

12 may 2017 | 16:00

Dünyada tanınan turizm mərkəzlərindən olan Naftalan şəhərində kurort iqliminin daha da yaxşılaşdırılması məqsədilə yaşıllıqların  sayı artırılmış, son üç ildə şəhərin müxtəlif ərazilərinə 94 min 200 ağac əkilmişdir.
Əsasəndə Eldar şamlarının bu ərazidə əkilməsi Naftalanın quru iqlimi ilə birləşərək insanlara müalicəvi təsir göstərir. Elə bu səbəbdən Eldar şamlarının əkilməsinə üstünlük verilir.
Şəhərin parklarında, küçə və prospektlərin kənarına, habelə çoxmənzilli yaşayış binalarının qarşısına  22 min 520 ədəd Eldar şamı, 200 sərv, 300 limonlu tuya, 380 liandra, 800 ədəd çinar ağacı da əkilmişdir. Həmçinin ilk dəfə şəhərin dairəvi yolu boyunca 70 min nar tingi basdırılmışdır.
2017-ci ilin may ayının 10-da şəhərin Bayraq meydanın ətrafında ağacəkmə aksiyası təşkil olunmuş və 400 ədəd Eldar şamı əkilmişdir.
Bundan başqa şəhərə gələn turistlərin sayının artmasını da nəzərə alaraq şəhərin gözəlləşməsi üçün şəhərin müxtəlif yerlərində 1500-dək mövsümü güllər əkilmişdir. Güllər avtomatik suvarma sistemi ilə suvarılır.
Əkilmiş ağacların suvarılması üçün müəyyən ərazilərə su maşınları cəlb olunur, bir çox ərazilərə isə  yeni su xətti  çəkilmişdir.

Keçidlər