Şriftin ölçüsü :

Saytın rəngi :

6 Aprel – Ümumdünya Fiziki Aktivlik Günüdür

05 aprel 2025 | 13:42

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Naftalan şəhər Uşaq-Gənclər İdman məktəbində, digər təşkilatlarda, şəhərin parklarında 6 Aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş “Fiziki aktivlik ol, sağlam yaşa” devizi altında idman tədbirləri keçirilib.

İdmanla məşğul olmağın, sağlam həyat tərzi keçirməyin və fiziki aktiv olmağın əhəmiyyəti, 6 Aprel-Ümumdünya Fiziki Aktivlik Gününün tarixi barədə iştirakçılara məlumat verilib. Həmçinin maarifləndirici materiallar iştirakçılara paylanılıb.

Tədbir zamanı idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib, peşəkar idmançıların və gənc istedadların çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Keçidlər