Şriftin ölçüsü :

Saytın rəngi :

“6 Aprel – Ümumdünya Fiziki Aktivlik Günü” qeyd edilib

06 aprel 2026 | 12:26

Naftalan Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Naftalan şəhərində “6 Aprel – Ümumdünya Fiziki Aktivlik Günü” qeyd edilib.

Naftalan şəhər UGİM-in bölmələrinin yetirmələrinin iştirakı ilə şəhər stadionu və Səməd Vurğun parkında təşkil edilən tədbirdə çıxış edənlər 2002-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə qeyd olunan bu günün məqsədini, sağlam həyat tərzi üçün fiziki hərəkətlərin əhəmiyyətini vurğulayaraq yeniyetmə və gəncləri bədən tərbiyəsi və idman ilə məşğul olmağa səsləyiblər.

Tədbir zamanı idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib, peşəkar idmançıların və gənc istedadların çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Keçidlər