Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə başlanılıb.

27 mart 2017 | 16:00

         Səhiyyə Nazirliyinin sifarişi əsasında Naftalan Şəhər Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə başlanılıb.5 mərtəbədən ibarət olacaq xəstəxana 65 çarpayı üçün nəzərdə tutulub.
        Yeni xəstəxananın ümumi ərazisi 1,2 hektardır. Həmçinin xəstəxananın ərazisində hər birinin tutumu 300 kubmetr olan 2 su anbarı, istilik qazanxanası, yeməkxana və transformator yarımstansiyası üçün binaların tikintisi də planlaşdırılıb.
        Hazırda Naftalan Şəhər Mərkəzi Xəstəxanası vaxtilə yaşayış evi olmuş binada icarə əsasında fəaliyyət göstərir. Uşaqlar və böyüklər üçün olan poliklinikalar da icarə əsasında heç bir şəraiti olmayan uyğunlaşdırılmış binalarda yerləşib. Xəstəxanaya ağır və orta ağır xəstələr daxil olarkən onlar məcburən ətraf rayonların xəstəxanasına göndərilirlər.
       Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən əhaliyə göstərilən tibbi xidmətin müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə şəhərdə yeni xəstəxananın tikintisi üçün ilkin olaraq 1 milyon manat vəsait ayrılıb və bu vəsaitlə müəyyən işlər görülüb.
      Mərkəzi xəstəxana üçün yeni binanın inşasının “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirildiyini deyən icra hakimiyyətinin rəsmisi qeyd edib ki, təməlqoyma işləri başa çatdırılan binada artıq üst mərtəbələrin tikintisinə başlanılıb.

Keçidlər