Mini futbol turnirinə yekun vuruldu.
10 may 2013 | 15:00
Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının və şəhər Gənclər İdman idarəsinin təşkilatçılığı ilə şəhərin idarə, müəssisə və təşkilatları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar təşkil olunmuş mini-futbol turnirinin 09 may 2013-cü il tarixdə final görüşü olub.
Finalda şəhər Uşaq Gənclər idman məktəbinin komandası Kapital bankın Naftalan filialının komandasını məğlub edərək turnirin qalibi adına layiq görülüb.
Üçüncü yeri isə Naftalan şəhər 62 saylı Yol İstismarı MMC-nin komandası tutmuşdur.
Finalda yer tutmuş hər üç komandaya fəxri fərman və kubok verilib.