Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı tədbir keçirilib.

23 fevral 2017 | 16:00

 23 fevral 2017-ci il tarixdə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə məktəbin direktoru A.Bağırova açdı.Sonra məktəbin tarix müəllimləri faciəni törədən səbəblər və tarixi faktlarla çıxış etdilər.
     Tədbirdə şagirdlərin ifasında “Xocalı qətliamı-25” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.Faciənin dəhşətlərini əks etdirən videoçarx göstərildi.Məktəbdə şagirdlərin iştirakı ilə eyni adlı rəsm müsabiqəsi keçirildi.Məktəbin divar qəzetləri və bülletenləri faciəni əks etdirən məqalələr və fotoşəkillərlə işıqlandırıldı.

Keçidlər