Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi.
11 may 2013 | 15:00
10 may 2013-cü il tarixdə şəhər ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Heydər Əliyevin abidəsinin önünə əklillər,gül-çiçək dəstələri qoyulub və Azərbaycan xalqının səadəti yolunda etdiyi fədəkarlıqlar bir daha xatırlanıb.