Naftalan şəhərində “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı keçirilib.
07 fevral 2017-ci ildə Naftalan şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Forum iştirakçısı,Rusiyanın tanınmış tarixçisi və siyası analitiki Oleq Yuryeviç Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi.Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı keçirilib.Qonaqlar öncə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə çiçək düzüblər. Tədbir iştirakçıları sonra Naftalan şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər.Mərkəzdə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə baxış keçirildi.Daha sonra tədbir iştirakçıları Naftalan şəhər “Xatirə Kompleksini” ziyarət etdilər.
Naftalan şəhər S.Vurğun adına 2 nomrəli tam orta məktəbdə keçirilən tədbirdə müəlliflə yanaşı, şəhər İcra Hakimiyyətinin nümayəndələri,təhsil işçiləri, tarixçilər, şəhərin fəal gəncləri iştirak ediblər.Tədbir iştirakçıları Oleq Kuznetsova kitabında erməni terrorizmini və xalqımıza qarşı törədilən cinayətləri əhatəli işıqlandırdığına görə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən müəllif onun əsərlərinə göstərilən diqqət və qayğıya görə iştirakçılara minnətdarlığını bildirib.