Şriftin ölçüsü :

Saytın rəngi :

9 May-Faşizm üzərində qələbə günü Naftalan şəhərində təntənə ilə qeyd edildi.

10 may 2013 | 15:00

Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2013-cü il mayın 9-da faşizm üzərinə qələbənin 68-ci il dönümü  şəhər “Xatirə kompleksində”  qeyd olundu.
      Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti və şəhərdə yerləşən N saylı  hərbi hissənin əsgər və zabitləri də iştirak edirdi. “Xatirə kompleksində” vətən uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilmiş,  əklil qoyulmuş, gül-çiçək düzülmüşdür. 
      Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsini gücləndirilməsi və onlara dövlət qayğısının artırılması daim ölkə başçısının nəzarətindədir.
      Daha sonra Böyük Vətən müharibəsi iştirakçısı Baloğlan İsmayılov müharibədən və onun çətinliklərindən danışıb. Sonda şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verildi.

Keçidlər