Şriftin ölçüsü :

Saytın rəngi :

"2 fevral-Gənclər günü" münasibətilə “Xəmsə” milli intellektual oyunu üzrə Naftalan şəhər birinciliyi keçirilib.

01 fevral 2017 | 16:00

   02 fevral 2017-ci il tarixdə Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə şəhərin hər üç  ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Naftalan şəhər birinciliyi keçirilib.
         Şəhər birinciliyində IX–XI sinif şagirdlərindən ibarət olan məktəb komandaları öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Yarışın yekununda Z.Rüstəmov adına  Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin  “Odlar Yurdu” komandası I yerə, İ.Nəsimi  adına 1 nömrəli  tam orta məktəbin “Şahinlər” komandası II yerə , İ.Nəsimi  adına 1 nömrəli  tam orta məktəbin “Ulduz” komandası III yerə çıxmışdır.

Keçidlər