Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 20 Yanvar faciəsi ilə bağlı silsilə anım tədbirləri davam etdirilir.

18 yanvar 2017 | 16:00

18 yanvar  2017-ci il tarixdə Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində 20 yanvar faciəsinin iyirmi yeddinci  ildönümünə həsr olunmuş  tədbir keçirilib. 
    Tədbiri giriş sözü ilə Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin direktoru Ulduz Mayılova açaraq qeyd etdi ki,  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda rus imperiyasının törətdiyi qanlı  faciədən 27 il keçir. M.Qorbaçov başda olmaqla Sovet İttifaqının o vaxtkı rəhbərləri  Azərbaycan xalqına xəbərdarlıq etmədən Bakıya  qoşun yeritdilər. Böyük bir faciə baş verdi. Həmin gecə  günahsız, əliyalın insanlar küçədə, yaşadığı   evlərində gülləbaran  edildilər.  Bu hadisənin səhəri ilk etiraz səsini qaldıran  məhz Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyev oldu.  Ümummilli liderin Azərbaycan xalqının  tələbi ilə ikinci dəfə hakimiyyətə  gəlişindən sonra 20 Yanvar hadisəsinə siyasi  qiymət verildi və əsl həqiqət  bütün dünyaya bəyan edildi.
     20 Yanvar faciəsi ilə bağlı məktəbdə şagirdlərin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman Vətən övladlarına həsr edilmiş şeirlər səsləndirildi və qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

 

Keçidlər