Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi-uşaq bağçasında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

18 yanvar 2017 | 16:00

 18 yanvar  2017-ci il tarixdə Naftalan şəhər  V.Namazov adına Körpələr evi-uşaq bağçasında 20 yanvar faciəsinin iyirmi yeddinci  ildönümünə həsr olunmuş  tədbir keçirilib. Tədbiri giriş sözü ilə Körpələr evi-uşaq bağçasın müdiri Kəmalə Hüseynova açaraq qeyd etdi ki, “20 Yanvar” hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsada bu hadisə milli tariximizin ən şanlı səhifələrindən birini təşkil edir. Bu hadisə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin qəhrəmanlığıdır.Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm mərhələ olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər  zaman ehtiramla yad olunacaqdır.
      Tədbirdə  uşaqların  ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şerlər  söylənildi.

Keçidlər